Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Parlament seçkilərində deputatlıq yarışında çıxan şəxslərlə bağlı yazılarımız davam edir. Bir çoxları yenə də millətin canına düşüb onlardan səs umsa da, digərləri artıq atalarının hesabına deputat olmaq istəyir desək, yanılmarıq...

Sözsüz ki, Azərbaycan parlamentində “atadan övlada prinsipinə” sadiq qalan şəxslər çoxluq təşkil edir. Builki seçkilərdə də Samir Vəliyev, Günay Ağamalı, Mahir Süleymanlı kimi namizədlər atalarının “bron” etdiyi deputatlıq mandatının növbəti sahibi olmaq uğrunda amansız mübarizəyə qoşulublar. Heç təsadüfi deyil ki, 48 saylı Abşeron birinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məmmədova Nigar Fikrət qızıdır. Yəqin ki, bu ad çoxlarına tanış gəldi…

Yenicag.az-ın seçki marafonu ilə bağlı başlatdığı silsilə yazımızın bugünkü “qonağı” sabiq ədliyyə naziri Fikrət Məmmədovun qızı Nigar Məmmədovadır.

Hazırda “DOST” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə çalışan Nigar Məmmədovanın namizədliyini verdiyi dairədən deputat olacağı isə heç kimdə şübhə yaratmır.

Yerli mətbuatda yazılan iddialardan biri isə budur ki, N. Məmmədova heç də Fikrət Məmmədovun qızı deyil, eləcə də cəmiyyətdə özünə rəğbət qazanması taktikası seçmiş Nigar Məmmədova bu hiyləsi baş tutmamış və qısa müddət ərzində Fikrət Məmmədovun qızı olmaması məlum olub. Daha bir iddia isə budur ki, guya Nigar xanım bu barədə yaxın çevrəsinə tapşırıq verib ki, soyad və ata adı eyni olmasını cəmiyyətdə fürsət kimi dəyərləndirsinlər. Bu məlumatın yalan və doğru olması haqqında isə bir söz deyə bilmərik.

Nigar Məmmədova ilə bağlı səslənən iddialardan fərqli olaraq, bir faktı da qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vəzifəyə təyin olunduqdan sonra dərhal Nigar Məmmədovanı protokol sektorunun müdiri təyin edib. Qeyd olunur ki, Nigar xanım nazirin ən yaxın adamı hesab olunur.

Xanım Məmmədova haqqında səslənən bilgilər bununla da bitmir. Qısa bir xatırlatma keçək: 2019-cu ildə Nigar Məmmədova avtomobilini içkili vəziyyətdə idarə edərkən Saray postunda DYP əməkdaşlarının “saxla!” əmrinə tabe olmayaraq avtoqəza törətmişdi. Hadisə zamanı xəsarət alan olmasa da, Nigar Məmmədova haqqında inzibati tədbir görülməməsi üçün Sahil Babayev prosesə müdaxiləsi ilə olayın cəmiyyətdən gizlədilməsinə nail olub.

Qeyd edək ki, Nigar Məmmədova vəzifə sahibi olmaq üçün dünyanın ən bahalı London Universitetinin “Qlobal Diplomatiya – Müasir Dünya Diplomatiyası” və Miçiqan Universitetinin “Uğurlu danışıqlar: Əsas strategiyalar və bacarıqlar” proqramlarını bitirərək sertifikatlar əldə edib.

YAP-ın kadrı olan xanım Məmmədovanın Abşeron və abşeronlular üçün nələr edəcəyi böyük müəmmadır. Lakin onun da kreslosunu bərkidib, susqun qalacağını çoxumuz bilirik.

Mövzunu davam etdirəcəyik…

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Ən çox oxunanalar